ABŞ-ın Azərbaycandakı səfirliyi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı açıqlama yayıb.
Bizim.Media xəbər verir ki, açıqlamanı ABŞ-ın Azərbaycandakı səfirliyinn mətbuat katibi Alis Spensli yayıb.
“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. ABŞ törədilmiş qırğınlar/vəhşiliklər barədə xəbərlərdən dərin narahatlıq duyur və hər hansı törədilmiş vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülhə nail olmaq və yaraların sağalması üçün cavabdehlik/məsuliyyət vacibdir.
ABŞ Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarını müstəqil və qərəzsiz qiymətləndirməsinə imkanın verilməsi və araşdırmaq imkanını dəstəkləyirik”,- deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb.
Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:08 / 06.10.2022
ABŞ səfirliyindən Edilli Məzarlığı ilə bağlı BƏYANAT – “Vəhşiyi törədənlər CAVAB VERMƏLİDİR”
Hazırda oxunan: ABŞ səfirliyindən Edilli Məzarlığı ilə bağlı BƏYANAT – “Vəhşiyi törədənlər CAVAB VERMƏLİDİR”
Hazırda oxunan: ABŞ səfirliyindən Edilli Məzarlığı ilə bağlı BƏYANAT – “Vəhşiyi törədənlər CAVAB VERMƏLİDİR”
97840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.