"Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe sərgiləyir” - Sahibə Qafarova  

Hazırda oxunan: "Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe sərgiləyir” - Sahibə Qafarova  

97820

"Ermənistan beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir". 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşdə bildirib. 

Regionda mövcud olan vəziyyət barədə də danışan spiker Sahibə Qafarova deyib ki, Azərbaycan regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi istiqamətində səylərini davam etdirir: 

"Azərbaycan Ermənistana münasibətləri normallaşdırmağı və beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası istənilən sülh sazişinin əsasını təşkil etməlidir. Təəssüf ki, Ermənistan haqqında bunu demək olmaz". 

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Ermənistan hərbi təxribatları ilə regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesinə əngəllər yaradır və normallaşma prosesini ləngidir. 

"2022-ci il sentyabrın 13-də onlar Azərbaycana qarşı növbəti hərbi təxribata əl atdılar. Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayıb, minaları yerləşdirməkdə davam edir. Sahibə Qafarova Böyük Britaniya parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Bob Blekmanın Ermənistanın törətdiyi təxribatları pisləyən bəyanatını yüksək qiymətləndirib", - Spiker vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO