Ukrayna xarici hərbçilərə qapılarını açır – Ali Radadan qanun layihəsi

Ukrayna xarici hərbçilərə qapılarını açır – Ali Radadan qanun layihəsi

Hazırda oxunan: Ukrayna xarici hərbçilərə qapılarını açır – Ali Radadan qanun layihəsi

9768

Ukrayna parlamenti 2021-ci ildə ölkə ərazisində çoxmillətli hərbi təlimlərin keçirilməsinə icazə verən qanun layihəsini qəbul edib.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, bu il ölkədə Ukrayna ilə ABŞ arasında “Rapid Trident – 2021”, “Sea Breaze – 2021”, Ukrayna ilə Britaniya hərbçilərinin iştirakı ilə “Kozak Meys – 2021” və “Warrior Watcher – 2021” birgə hərbi təlimləri baş tutacaq.

 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna növbəti MDB razılaşmasını tərk edir

Ukraynada başqa dildə danışmaq olmaz – Ali Radadan qərar


Bununla yanaşı Ukrayna ilə Rumuniya silahlı qüvvələri arasında “Riverian – 2021”, polşalı hərbçilərlə isə “Üç qılınc – 2021” və “Silver Saber – 2021” hərbi təlimləri keçiriləcək. 

Bu dəfəki hərbi təlimlərin xərci 1.4 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

Xatırladaq ki, başqa ölkələrin hərbçiləri ilə Ukraynada birgə təlimlərin keçirilməsi Kiyev tərəfindən 2014-cü ildən başlayaraq hər il qanun layihəsi kimi qəbul edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO