“Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır”- Paşinyan məsuliyyəti üzərinə götürdü

“Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır”- Paşinyan məsuliyyəti üzərinə götürdü

Hazırda oxunan: “Çıxış yolu Azərbaycanla sülh imzalamaqdadır”- Paşinyan məsuliyyəti üzərinə götürdü

97638

Ermənistanın baş naziri Nikol Paşinyan sülh gündəliyinin həyata keçirilməsinə görə məsuliyyəti öz üzərinə götürüb.. 

Bizim.Media xəbər verir ki, bu barədə “newsarmenia” məlumat yayıb. 

Paşinyan çıxış yolunu Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında gördüyünü bəyan edib. 

“Mən təsdiq edirəm ki, biz sülh gündəliyinə sadiqik və təsdiq edirəm ki, son müsahibəmdə dediklərimi - sülh gündəliyinin bu düstur üzrə həyata keçirilməsi məsuliyyətini öz üzərimə götürürəm. Bu gündəliyi praktiki olaraq həyata keçirmək üçün parlament çoxluğunun və xalqın dəstəyini gözləyirəm”, - deyə baş nazir  bu gün keçirilən  parlament iclasında deyib. 
Qeyd edək ki, Paşinyan bir neçə gün əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində Azərbaycanla tezliklə sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu deyib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO