“Azərbaycanın 17 erməni hərbi qulluqçunu təhvil verməsini alqışlayırıq”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan rəsmi tviter hesabında yazıb.
“ABŞ dayanıqlı sülh sazişinin əldə olunmasına dair səyləri dəstəkləməyə davam edir”, - deyə Sallivan qeyd edib.
Xatırladaq ki, 13-14 sentyabr tarixlərində Ermənistanın sərhəddə törətdiyi son təxribatları zamanı saxlanılan 17 hərbçini Azərbaycan oktyabrın 4-də qarşı tərəfə təhvil verib.
Bizim.Media
We welcome Azerbaijan’s return of the 17 Armenian POWs from the recent violence. The United States continues to support ongoing efforts to reach a lasting peace agreement.
— Jake Sullivan (@JakeSullivan46) October 4, 2022