Ağdamda mehmanxana tikilir – Prezident və Xanımı təməl qoydu - YENİLƏNİB

Ağdamda mehmanxana tikilir – Prezident və Xanımı təməl qoydu - YENİLƏNİB

Hazırda oxunan: Ağdamda mehmanxana tikilir – Prezident və Xanımı təməl qoydu - YENİLƏNİB

97397

Xəbər veridiyimiz kimi, oktyabrın 4-də Ağdam şəhərində “City Hotel Agdam” mehmanxanasının təməli qoyulub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. 

“PMD Projects” şirkətinin direktoru Nəriman Topçubaşov dövlətimizin başçısına və birinci xanıma inşa olunacaq mehmanxana barədə məlumat verdi. 

Bildirildi ki, Ağdamın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq, ona uyğun infrastruktur yaradılır. Hotel müasir səviyyədə inşa olunacaq, rayona səfər edəcək ziyarətçilərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq. 

Diqqətə çatdırıldı ki, 130 nömrədən ibarət olacaq beşmərtəbəli hotel binasında konfrans, iclas və banket zalları, fitnes və spa mərkəzləri, restoran və açıq terras yaradılacaq.

Prezident İlham Əliyev “City Hotel Agdam” mehmanxanasının təməlini qoydu.

18.19

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "City Hotel Agdam" mehmanxanasının təməlqoyma mərasimlərində iştirak ediblər.

Bizim.Media  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO