"Delimitasiya üzrə komissiyanın iclası oktyabrda keçirilsin" - Azərbaycandan TƏKLİF

Hazırda oxunan: "Delimitasiya üzrə komissiyanın iclası oktyabrda keçirilsin" - Azərbaycandan TƏKLİF

97035

Azərbaycan tərəfi Ermənistanla sərhədlərin delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi təklifi ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında oktyabrın 2-də Cenevrədə keçirilmiş görüşü barədə açıqlamasında bildirilib.

Açıqlamada qeyd olunub ki, görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO