Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

Hazırda oxunan: Sofiyada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO/VİDEO

96650

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib. Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb.

Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olunub.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.

Bizim.Media

 













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO