Ermənistan Qərbdən silah almaq üçün KTMT-dən qaçır? – Paşinyanın gedişlərinin PƏRDƏARXASI

Ermənistan Qərbdən silah almaq üçün KTMT-dən qaçır? – Paşinyanın gedişlərinin PƏRDƏARXASI

Hazırda oxunan: Ermənistan Qərbdən silah almaq üçün KTMT-dən qaçır? – Paşinyanın gedişlərinin PƏRDƏARXASI

96236

“Son təxribatlar zamanı Ermənistan təkidlə KTMT-nin silahlı birliklərinin Ermənistana yardım göstərməsini istədi. Bununla bağlı olaraq Ermənistan rəsmilərinin çağırışları da oldu. Cavabında isə KTMT beynəlxalq hüquqa uyğun olaraq faktiki mövcud olmayan sərhəd təxribatına görə bu məsələdə silahlı birliklərlə iştirak etməyəcəklərini qəti şəkildə bildirdi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırıq”


Politoloq qeyd edib ki, bununla belə Ermənistanın davamlı təkidlərinə cavab olaraq KTMT rəhbərliyindən ibarət nümayəndə heyətinin Ermənistana səfəri baş tutdu: 

“Səfər çərçivəsində KTMT-nin Baş katibi S.Zasın Paşinyanla görüşü nəzərədə tutulsa da bu görüş alınmadı. Belə ki, Paşinyan ayın 22-də Nyu-Yorka səfər etdi, BMT-də çıxışı zamanı yenidən Azərbaycanın ünvanına günahlandırıcı və şərtlərlə dolu ritorikaya üstünlük verdi. 

Bundan sonra isə NATO-nun Baş katibi ilə görüşdü ki, bu da Rusiya-Ukrayna münaqişəsindən sonra heç də Rusiya tərəfindən məqbul hal kimi qəbul edilə bilməz. Məhz bu görüşdən dərhal sonra S. Zas İrəvanı tərk etdi. Bundan sonra isə İrəvan KTMT-nin nəzərdə tutulan təlimlərində iştirakdan rəsmi olaraq boyun qaçırdı və bununla da rəsmi olaraq Ermənistan KTMT çərçivəsində əməkdaşlığa meyilli olmadığını göstərdi”.

Amid Əliyevin sözlərinə görə, bu, Ermənistan tərəfindən bilərəkdən həyata keçirilən siyasətdir: 

“Belə ki, bir müddət öncə Ermənistana səfər edən Nensi Pelosi məhz Ermənistanın KTMT üzv olması səbəbindən ona hərbi yardımın göstərilməsinin mümkün olmadığını mətnaltı ifadələrlə bildirdi. Buna cavab olaraq İrəvan küçələrində anti-Rusiya və anti-KTMT nümayişləri keçirilməyə başladı.

Dünən Parisə yollanan Paşinyan yenidən Fransadan kömək istədi və hətta Ermənistan və Fransa müdafiə nazirlərinin görüşü də baş tutdu. Görüşdə Fransa MN-nin bölgəyə nümayəndə heyəti göndərəcəyi barədə razılıq əldə olundu. Bütün bu qeyd olunanlar onu deməyə əsas verir ki, Ermənistan Rusiya siyasi orbitindən çıxmağı qarşısına hədəf kimi qoyub.


Amma yaddan çıxarmaq olmaz ki, Rusiya hazırda Ermənistanın daxili siyasi proseslərinə istənilən səviyyədə təsir etmək gücünə malikdir”. 

Politoloq əlavə edib ki, proseslərinin Qərb istiqamətində inkişafının müşahidə ediləcəyi təqdirdə, təbii ki, Rusiya Ermənistandakı gücündən özünəuyğun şəkildə istifadə edəcək: 

“ABŞ və Fransanın bölgədə nüfuz bölgüsü uğrunda siyasi manevrlərinin Ermənistan üzərində proyeksiya edilməsinə Rusiya səbirli qalmayacaq. Son günlər Ermənistanda anti-Rusiya meyillərinin güclənməsi Qərbin də bu işdə daha çox hədəfli və məqsədli olduğunu göstərir. Belə olan halda yaxın zamanlarda Ermənistan bu iki qütbün yeni mübarizə platsdarmına çevrilə bilər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO