Aİ enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Belçikadan olan “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Çevilli Azərbaycan beyin mərkəzlərinin I Forumunda deyib.
“Enerji asılılığının aradan qaldırılması və problemin həll olunması istiqamətində Aİ digər tərəfdaşlarla işləyir ki, bunlar arasında Azərbaycan da var.
Avropa həmçinin, Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Lakin bu əməkdaşlıq üçün Qərblə Şərq arasında koridorun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin vacibliyi bir daha meydana çıxır”, - Vitold de Çevilli qeyd edib.
O, çıxışında azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması, nəqliyyat layihələrinin sürətlə tikilməsini də vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:09 / 28.09.2022
Avropalı ekspertdən Zəngəzur dəhlizi ilə bağlı vacib AÇIQLAMA
Hazırda oxunan: Avropalı ekspertdən Zəngəzur dəhlizi ilə bağlı vacib AÇIQLAMA
Hazırda oxunan: Avropalı ekspertdən Zəngəzur dəhlizi ilə bağlı vacib AÇIQLAMA
96221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.