Azərbaycan Özbəkistanla Yol Xəritəsini müzakirə etdi

Azərbaycan Özbəkistanla Yol Xəritəsini müzakirə etdi

Hazırda oxunan: Azərbaycan Özbəkistanla Yol Xəritəsini müzakirə etdi

96218

Azərbaycan və Özbəkistan enerji əməkdaşlığına dair Yol Xəritəsinin icrasını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov bu gün Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı (TDT) enerji nazirlərinin 2-ci iclası çərçivəsində Özbəkistan energetika nazirinin birinci müavini Azim Ahmedxacayev ilə görüşü zamanı bildirib.

"Özbəkistan energetika nazirinin birinci müavini Azim Ahmedxacayev ilə çoxşaxəli enerji əməkdaşlığına dair Yol Xəritəsi|nin icrasını müzakirə etdik. Özbəkistanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcək gündəliyimiz var”, - bunu P. Şahbazov özünün "Twitter" hesabında yazıb.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı enerji nazirlərinin 2-ci iclası çərcivəsində neft-qaz, neft-kimya, bərpa olunan və ağıllı enerji, enerji səmərəliliyi sahələrində əməkdaşlıq, yaşıl enerji keçidi, dayanıqlı enerjinin inkişafı üzrə müzakirələr aparılacaq.
İclasda nazir P. Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO