\'\'Qarabağda İran şirkətlərini görməkdən şad olarıq\'\' - İlham Əliyev 

\'\'Qarabağda İran şirkətlərini görməkdən şad olarıq\'\' - İlham Əliyev 

Hazırda oxunan: \'\'Qarabağda İran şirkətlərini görməkdən şad olarıq\'\' - İlham Əliyev 

9610

''Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim''.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranın Xarici İşlər naziri Məhəmməd Cavad Şəriflə görüşündə belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İranla birgə reallaşdırılacaq layihələrdən danışdı


Prezident Qarabağda yenidənqurmada İran şirkətlərinin roluna da münasibət bildirib. 

''İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var''.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO