Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

Hazırda oxunan: Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

95523

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, gorüş zamanı ölkəmizlə İsveç arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq perspektivləri, habelə regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib, İsveçin ATƏT-də sədrliyi dövründə apardığı fəaliyyət müsbət qiymətləndirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın son təxribatları və mina təhlükəsi barədə barədə ətraflı məlumat verib.

Həmçinin bildirilib ki, İsveç naziri mövcud gərginlikdən narahatlıqlarını diqqətə çatdırıb və normallaşma prosesinin davam etdirilməsinin vacib olduğunu bildirib. O, İsveçin Azərbaycanla Ermənistan arasında vasitəçilik səylərinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

09:04

Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Ann Linde ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın XİN başçısı tviterdə yazıb. 

“İsveçin xarici işlər naziri Ann Linde ilə görüşməkdən məmnunam. Ermənistan tərəfindən alovlandırılan eskalasiya barədə məlumat verdim və Azərbaycanın sülh yoluna sadiqliyini bir daha bildirdim. Azərbaycan-İsveç əməkdaşlığının genişləndirilməsi imkanlarını da müzakirə etdik”, - C.Bayramov qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO