Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib.
Bu barədə Bizim.Media-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.
Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib. Cəsədlərin ərazidə axtarışı davam etdirilir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:47 / 23.09.2022
Azərbaycan daha 6 erməni hərbçinin meyitini İRƏVANA GÖNDƏRDİ
Hazırda oxunan: Azərbaycan daha 6 erməni hərbçinin meyitini İRƏVANA GÖNDƏRDİ
Hazırda oxunan: Azərbaycan daha 6 erməni hərbçinin meyitini İRƏVANA GÖNDƏRDİ
95487
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.