"Bu həm İsrail, həm də Azərbaycan xalqı üçün çox ağır itkidir. Çox təəssüf ki, onun həyatının son gününə qədər Azərbaycanla bağlı ən böyük arzusu ürəyində qaldı"
Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada İsraildə yaşayan politoloq Mixail Finkel, yaxın dostu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun vəfatı haqqında danışarkən səsləndirib.
Mixail Finkel qeyd edib ki, Azərbaycan-İsrail əlaqələrinin möhkəmlənməsi və ölkələr arasında isti münasibətlərin əldə olunmasında Arye Qutun böyük rolu olub:
"Arye hələ sağlığında ikən hər iki xalq arasında öz adından söz etdirməyi bacardı. O, azərbaycan, türk, rus, alman və ivrit dillərində mükəmməl danışırdı. Həmçinin İsraildə Azərbaycanın qeyri-rəsmi xoş məramlı elçisi sayılırdı. Arye İsrailin bir çox Tv kanallarında Azərbaycan həqiqətlərini geniş ictimayyətə çatdırırdı”.
Arye Qutun vəfatından kədərləndiyini söyləyən Mixail Finkel onun ölümündən bir neçə gün öncə Azərbaycanla bağlı səsləndirdiyi arzusunu da bizimlə bölüşüb:
"Arye Qut həmişə Azərbaycanın kədərini öz kədəri kimi hiss edərdi. İsraildə rəsmi əlaqələndiricisi olduğu "Xocalıya Ədalət" kompaniyası zamanı onun Azərbaycan adına necə fədakarcasına çalışdığının şahidi oldum.
Arye 47 yaşında, həyatın ən gözəl yaş dövrlərindən birində xərçəngə yaxalandı. Ondan geriyə gözü yaşlı həyat yoldaşı Marina xanım, 17 yaşlı oğlu və Azərbaycan- İsrail qardaşlığı uğrunda etdikləri qaldı.
“Bakı Qlobal Forumu”-da iştirakı zamanı Arye Azərbaycan bayrağının dalğalandığı Şuşaya ayaq basaraq ən böyük arzularından birini reallaşdırdı. Azərbaycanla bağlı digər bir arzusu isə təəssüf ki, onunla məzara getdi. Bu arzu Azərbaycanın İsraildəki Səfirliyinin açılması idi.
Xalqlarımızın fədakar oğlu Arye sağlığında bu istiqamətdə çox böyük işlər görmüşdü. Ümid edirəm ki, İsraildəki Azərbaycan sevdalıları, o cümlədən Azərbaycan dövləti Arye Qutun əziz xatirəsi adına və dövlətlərimizin daha da yaxınlaşması məqsədilə tezliklə Arye Qutun bu arzusunu reallaşdıracaqlar".
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:00 / 22.09.2022
Arye Qutun Azərbaycanla bağlı son arzusu nə idi? - Dostundan AÇIQLAMA
Hazırda oxunan: Arye Qutun Azərbaycanla bağlı son arzusu nə idi? - Dostundan AÇIQLAMA
Hazırda oxunan: Arye Qutun Azərbaycanla bağlı son arzusu nə idi? - Dostundan AÇIQLAMA
95271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.