Berdiməhəmmədov:

Berdiməhəmmədov: "Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın yeni mərhələsidir"

Hazırda oxunan: Berdiməhəmmədov: "Azərbaycan və Türkmənistan arasında əməkdaşlığın yeni mərhələsidir"

9490

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisədir.

Bizim.Media “infoabad.com” saytına istinadən xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Berdiməhəmmədov Azərbaycanla münasibətləri yüksək qiymətləndirdi

Türkmənistan Prezidenti «Dostluq» yatağının perspektivlərindən danışdı


O deyib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir. 

Berdiməhəmmədovun sözlərinə görə, sənəd Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin açılmasına  şərait yaradacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO