Azərbaycandan Türk Dövlətləri Təşkilatına ÇAĞIRIŞ

Azərbaycandan Türk Dövlətləri Təşkilatına ÇAĞIRIŞ

Hazırda oxunan: Azərbaycandan Türk Dövlətləri Təşkilatına ÇAĞIRIŞ

94132

Ali səviyyədə keçirilən görüşlərdə Türk Dövlətləri Təşkilatına üzv olan və burada müşahidəçi statusunda iştirak edən dövlətlər Azərbaycanın azad olunmuş ərazilərində aparılan quruculuq işlərində aktiv iştirak etmək istədiklərini açıqlayıblar.

Bizim.Media xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

"Bugünkü biznes forum bu istəkləri reallaşdırmağa, konkret əməkdaşlıq formalarını müəyyən etməyə imkan yaradır. Əminəm ki, bu imkanların üzə çıxarılmasında tədbir çox faydalı olacaq. Türk Dövlətləri Təşkilatında təmsil olunan qardaş ölkələri forumun işində fəal olmağa, birgə əməkdaşlıq modellərini araşdırmağa, real investisiya imkanlarını dəyərləndirməyə çağırıram", - o qeyd edib.

"Azərbaycan və Türkiyədən olan sərmayədarların birgə investisiya qoyuluşu nəticəsində gözəl bir aqropark yaradılır. Bu, əməkdaşlıq modellərinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə də həyata keçirilməsi mümkündür.
Bu aqroparkın otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Görülən işlər bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazara çıxarılmasına imkan yaradacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində aqrar sahədə xarici sərmayədarlarla heyvandarlıq, toxumçuluq, tingçilik, intensiv bağçılıq və digər sahələrdə əməkdaşlıq etmək imkanları mövcuddur.

Əlverişli investisiya mühiti, mövcud potensial və yaradılan logistik imkanlar bölgənin sərmayə cəlbediciliyini artır", - deyə İ.Kərimov əlavə edib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO