"Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır".
Bizim.Media xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti xüsusilə qeyd edib ki, dövlətlərin daxili işlərinə qarışmamaq Azərbaycan üçün də əsas prinsiplərdən biridir.
MÖVZU İLƏ BAĞLI:
Prezident Azərbaycanın Çin ilə Avropa arasında ƏHƏMİYYƏTİNDƏN DANIŞDI
Dövlətimizin başçısı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinin təmin olunmasını daim dəstəklədiyini diqqətə çatdırdı, ölkəmizin 2019-cu ildən Qoşulmama Hərəkatının sədri olaraq bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev bildirib ki, ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır.
Bizim.Media