Prezident  İlham Əliyev : «Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır»

Prezident  İlham Əliyev : «Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır»

Hazırda oxunan: Prezident  İlham Əliyev : «Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır»

939

«Bu gün özünü düşük kimi aparan Ermənistan rəhbərliyi gecə-gündüz təşkilatlara bəyanat göndərir».
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev xalqa müraciəti zamanı bu fikirləri səsləndirib. Prezident bildirib ki, utanmaz Ermənistan rəhbərliyi özünü dilənçi kimi aparır:“Onlar hər bir ifadəyə layiqdir. Onlar beynəlxalq təşkilatlara yazır ki, niyə səsinizi çıxarmırsınız? Necə səslərini çıxara bilərlər? Onlar bu qətnamələri artıq qəbul ediblər. Azərbaycan isə döyüş əməliyyatlarını beynəlxalq birlik tərəfindən tanınan ərazisində aparır.  Heç kim qondarma “DQR”-i tanımayıb, tanımayacaq» deyən İlham Əliyev bildirib ki, onlar çalışırlar ki, dünya ölkələri bu qondarma, kriminal qurumu tanısınlar: “Ağıllarını itiriblər. Başa düşmürlər ki, bunu edən ölkələr Azərbaycana dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, Azərbaycan bu addımı atan bütün ölkələrlə bütün əlaqələri kəsər”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO