Hərbi attaşelər üçün növbəti BRİFİNQ KEÇİRİLDİ - FOTO

Hərbi attaşelər üçün növbəti BRİFİNQ KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Hərbi attaşelər üçün növbəti BRİFİNQ KEÇİRİLDİ - FOTO

93866

Sentyabrın 14-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri üçün mövcud vəziyyətlə bağlı növbəti brifinq keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, İdarə rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Ermənistan silahlı qüvvələrinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatların cari vəziyyəti ilə bağlı məlumatlar verib.

Qeyd olunub ki, qarşı tərəf müxtəlif çaplı silahlardan və artilleriya qurğularından istifadə edərək bölmələrimizin yerləşdiyi mövqeləri və mülki infrastrukturu atəşə tutub. Azərbaycan Ordusunun bölmələrinin zəruri cavab tədbirləri nəticəsində genişmiqyaslı təxribatın qarşısı qətiyyətlə alınıb.
General-mayor H. Mahmudov brifinq zamanı xüsusilə vurğulayıb ki, Azərbaycan tərəfi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin iştirakı ilə imzalanan üçtərəfli bəyanata sadiqdir və törədilən təxribat nəticəsində yaranan gərginlik, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO