Müdafiə Nazirliyindən Rusiyanın hərbi obyekti və texnikasına atəş açılması ilə bağlı AÇIQLAMA 

Müdafiə Nazirliyindən Rusiyanın hərbi obyekti və texnikasına atəş açılması ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Müdafiə Nazirliyindən Rusiyanın hərbi obyekti və texnikasına atəş açılması ilə bağlı AÇIQLAMA 

93838

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir".

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

"Bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür", - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO