Azərbaycan Prezidenti: “Biz böyük qayıdışın astanasındayıq”

Azərbaycan Prezidenti: Biz böyük qayıdışın astanasındayıq

Hazırda oxunan: Azərbaycan Prezidenti: Biz böyük qayıdışın astanasındayıq

938

“Hər gün cəbhəboyu ərazilərimiz düşmən atəşinə məruz qalır”

Bizim.Media xəbər verir ki, bunu xalqa müraciəti zamanı Prezident İlham Əliyev deyib. Prezident qeyd edib ki, Ağdam, Goranboy, Ağcəbədi, Gəncə, Bərdə namərd düşmənin atəşinə məruz qalıb: “Düşmən döyüş meydanında məğlub olur, Azərbaycan ordusuna davam gətirə bilmir və mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur düşməndən öz torpaqlarını azad edir. 30 il torpaqlarımızda oturan düşmən bizim təbii resurslarımızı istismar edib. Oğurluq, talançılıq Ermənistanın xislətidir”.

“Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya gələn hər bir azərbaycanlı bu torpaqlara qayıtmağı arzu edir” - deyən prezident bildirib ki, gənclərimizin hər biri işğaldan azad olunan torpaqlara qayıtmaq istəyir: “Gənclərimiz öz dədə-baba torpaqlarına qayıdıb, oraya yeni həyat gətirəcəklər. Mənfur düşmənin dağıtdığı mədəniyyətimizi, məscidlərimizi, yaşayış binalarımızı bərpa edəcəyik”. “Cocuq Mərcanlıya qayıdış zamanı mən xalqımızın vətən sevgisini gördüm. Gün gələcək, Cocuq Mərcanlı kimi bütün kəndlərimizi, şəhərlərimizi bərpa edəcəyik. Biz böyük qayıdışın astanasındayıq. Azərbaycan dövləti xalqın əmin-amanlıq şəraitində yaşaması üçün əlindən gələni edəcək” - Prezident İlham Əliyev öz çıxışında qeyd edib.

Düşmən döyüş meydanında məğlub olur.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO