Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 13-də Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev tərəfindən qəbul edilib.
Bizim.Media xəbər verir ki, bu barədə QMİ-nin Mətbuat xidməti məlumat yayıb.
Qəbulda Qazaxıstan Prezidentinin bu yaxınlarda Azərbaycana rəsmi səfərinin olduqca böyük önəmindən danışılıb.
Bildirilib ki, strateji tərəfdaşlıq əlaqələri xalqlarımız arasında mövcud mədəni-mənəvi əlaqələrin dərinləşməsinə böyük təkan verir.
Görüş zamanı Şeyxülislam A. Paşazadə son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən ardıcıl təxribat hadisələrinə toxunub. Qazaxıstanın dövlət başçısı bu hadisələrdən narahat olduqlarını bildirib.
Vurğulanıb ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü bərpa olunandan sonra bölgədə sülh, anlaşma və iqtisadi inkişaf yönündə səyləri dəstəkləmək əvəzinə revanşizm, separatçılıq və təhlükəsizliyin təhdidi istiqamətində təxribat və silahlı toqquşmalar yolverilməzdir. Qazaxıstanın mövqeyinin Qafqazda sülhün tam bərqərarı istiqamətində olduğu ifadə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:17 / 13.09.2022
Şeyxülislam Qazaxıstan Prezidenti ilə görüşdə erməni təxribatlarından danışıb
Hazırda oxunan: Şeyxülislam Qazaxıstan Prezidenti ilə görüşdə erməni təxribatlarından danışıb
Hazırda oxunan: Şeyxülislam Qazaxıstan Prezidenti ilə görüşdə erməni təxribatlarından danışıb
93584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.