"2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistanla Azərbaycan sərhədində ağır silahlar və PUA-ların tətbiqi ilə toqquşma baş verib. Nəticədə ölən və yaralananlar var. Biz güc tətbiqini qəbuledilməz hesab edirik”.
Bizim.Media xəbər verir ki, bu barədə MTMT-nin bəyanatında bildirilib.
Qeyd edilib ki, ziddiyyətlərin nizamlanması üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış razılaşmalardan, müstəsna olaraq siyasi və diplomatik üsullardan istifadə edilməlidir:
“Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk”, - bəyanatda deyilir.
Bundan başqa, Ermənistanın yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birləşmiş Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edilib”.
Qeyd edək ki, bu gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Bizim.Media