Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib

Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib

Hazırda oxunan: Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib

93500

Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində Ermənistanın hərbi infrastrukturu, o cümlədən sursat anbarları, hərbi hissələr və hava hücumundan müdafiə sistemləri sıradan çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Ermənistan və Azərbaycanı hərbi əməliyyatları dayandırmağa çağırıb 


Bildirilib ki, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin dünənki növbəti təxribatından sonra Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi məhv edilib. 

Nəşrin məlumatına görə, bu gün saat 9:00-dan başlayaraq Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub. 

“Ermənistanın bu razılaşmaya necə riayət edəcəyini müşahidə edəcəyik. İrəvanın keçmişdə çoxsaylı təxribatları və əldə etdiyi razılaşmaları pozması fonunda şanslar çox kövrəkdir”, - “Caliber” vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO