Milli Məclisin nümayəndələri Düşənbədə tarixi yerləri gəzdilər - FOTO

Milli Məclisin nümayəndələri Düşənbədə tarixi yerləri gəzdilər - FOTO

Hazırda oxunan: Milli Məclisin nümayəndələri Düşənbədə tarixi yerləri gəzdilər - FOTO

93460

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Tacikistan Respublikasına rəsmi səfəri çərçivəsində Düşənbə şəhərində bir sıra tarixi-mədəni yerlərlə tanış olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, nümayəndə heyətinin üzvləri əvvəlcə “Koxi Navruz” kompleksinə baş çəkib.

Məlumat verilib ki, 12 böyük zaldan ibarət olan kompleks mərasim və tədbirlər üçün nəzərdə tutulub. Qonaqlar kompleksin ekspozisiyası və zalları ilə tanış olublar.

Sonra parlament nümayəndə heyəti Tacikistan Milli Muzeyinə gəlib, burada tacik xalqının qədim tarixi, mədəniyyəti haqqında eksponatlarla tanış olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO