Ceyhun Bayramov Lavrovun xüsusi nümayəndəsi ilə GÖRÜŞDÜ - FOTO

Ceyhun Bayramov Lavrovun xüsusi nümayəndəsi ilə GÖRÜŞDÜ - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovun xüsusi nümayəndəsi ilə GÖRÜŞDÜ - FOTO

93012

Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, tərəflər Azərbaycanla Rusiya arasında ikitərəfli gündəlikdə duran məsələlər, regionda cari vəziyyət ətrafında müzakirələr aparıb.

Həmçinin, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müxtəlif cəhətləri və bu çərçivədə atılan addımlar, etimad quruculuğu tədbirləri sahəsində görülən işlər, habelə gələcək perspektivlər barədə də danışılıb.

Bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının, habelə normallaşma prosesi çərçivəsində əldə edilmiş razılıqların tam icrasının vacibliyi vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO