Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi ilə bağlı saziş təsdiqləndi

Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi ilə bağlı saziş təsdiqləndi

Hazırda oxunan: Azərbaycanla Rusiya arasında informasiya təhlükəsizliyi ilə bağlı saziş təsdiqləndi

92994

Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmana əsasən, 2022-ci il iyunun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. 

Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO