Azərbaycan Ordusu Türkiyənin hərbi proqram təminatından istifadə edəcək

Azərbaycan Ordusu Türkiyənin hərbi proqram təminatından istifadə edəcək

Hazırda oxunan: Azərbaycan Ordusu Türkiyənin hərbi proqram təminatından istifadə edəcək

92600

Azərbaycan Türkiyənin HAVELSAN şirkətinin hərbi proqram təminatından istifadə edəcək.

Bizim.Media xəbər verir ki, bunu Bakıda keçirilən 4-cü "ADEX" sərgisi çərçivəsində “Anadolu”ya açıqlamasında "HAVELSAN Azərbaycan"ın rəhbəri Erhan Abdullah Kanat deyib.

O bildirib ki, bu istiqamətdə artıq işlərə başlanılıb və qısa müddətdə tamamlanacağı gözlənilir. 

“Azərbaycanın fərqli komandanlıqları ilə də proqram təminatı barədə müzakirələr davam edir. Xüsusən Azərbaycanın dənizdə müdafiə qabiliyyətinin artırılması istiqamətində işlər aparılır”, - Erhan Abdullah Kanat əlavə edib.
O qeyd edib ki, Azərbaycanda 2006-cı ildən fəaliyyət göstərirlər, İkinci Qarabağ müharibəsindən sonra işlər artıb və il yarım əvvəl HAVELSAN-ın Azərbaycan ofisi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO