İsrail səfiri Corc Dik: “Azərbaycanla bir xalq olaraq təhlükəsizliyimizi təmin edəcəyik”

İsrail səfiri Corc Dik: “Azərbaycanla bir xalq olaraq təhlükəsizliyimizi təmin edəcəyik”

Hazırda oxunan: İsrail səfiri Corc Dik: “Azərbaycanla bir xalq olaraq təhlükəsizliyimizi təmin edəcəyik”

92552

“İsraillə Azərbaycan arasında əməkdaşlıq geniş və dərin xarakter daşıyır. Bu, müxtəlif sahələrdə, o cümlədən ölkələrimiz arasında strateji əməkdaşlıqda özünü göstərir və biz burada "L.B.", "I.A.I.", "İ.S.İ." kimi İsrailin ən böyük şirkətlərinin müdafiə sənayesində təmsil olunduğu ADEX sərgisində olmaqdan qürur duyuruq”.

Bu fikirləri Bakıda keçirilən 4-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” və 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgilərində Bizim.Media-nın suallarını cavablandıran İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib. Səfir həmçinin əlavə edib ki, Azərbaycan və İsrail birlikdə təhlükəsizliklərini təmin edəcəklər:

“Biz həqiqətən inanırıq ki, bu əməkdaşlıq bundan sonra da dərinləşəcək və möhkəmlənəcək.

Çünki biz birlikdə ailələrimizin və ölkələrimizin təhlükəsizliyini daha da möhkəmləndirəcək və bir xalq olaraq təhlükəsizliyimizi təmin edəcəyik”, - deyə səfir əlavə edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO