Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri baş tutub.
Xarici İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, səfər çərçivəsində Xəzər dənizində "Dostluq” yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
Səfər zamanı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov nazir Ceyhun Bayramovu qəbul edib.
Habelə nazir Ceyhun Bayramovun Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə təkbətək, eləcə də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:06 / 21.01.2021
Ceyhun Bayramov Berdiməhəmmədovla görüşdü
Hazırda oxunan: Ceyhun Bayramov Berdiməhəmmədovla görüşdü
Hazırda oxunan: Ceyhun Bayramov Berdiməhəmmədovla görüşdü
9226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.