İtaliyada İlham Əliyevlə salamlaşan aparıcı baş verənlərdən danışdı – ÖZƏL AÇIQLAMA / VİDEO

İtaliyada İlham Əliyevlə salamlaşan aparıcı baş verənlərdən danışdı – ÖZƏL AÇIQLAMA / VİDEO

Hazırda oxunan: İtaliyada İlham Əliyevlə salamlaşan aparıcı baş verənlərdən danışdı – ÖZƏL AÇIQLAMA / VİDEO

91905

İtaliyada keçirilən 48-ci nüfuzlu Qlobal Forumdan reportaj hazırlayan zaman qəfil Azərbaycan Prezidenti ilə qarşılaşan "Real TV"-nin aparıcısı Kamran Qasımovun görüntüləri maraqla qarşılanıb.

Azərbaycan Prezidentinin aparıcıya yaxınlaşaraq salamlaşması qısa müddətdə sosial şəbəkələrdə ən çox baxılan videolar sırasında olub.

Görüş haqqında Bizim.Media-ya özəl açıqlama verən aparıcı Kamran Qasımov bildirib ki, bu onun Azərbaycan Prezidenti İlham Əliyevlə ilk qarşılaşması olub.

Kamran Qasımov bildirib ki, İlham Əliyevin ayaq saxlayaraq onunla salamlaşması əslində bütün Azərbaycan mediasına verilən dəyərdir.

Aparıcının görüş zamanı keçirdiyi həyəcanın görüntülərə yansımasına gəlincə, Kamran Qasımov bildirib ki, həmin an Prezidentin onun yanından keçərək Foruma gedəcəyini zənn edib və  baş verənlər onun üçün çox xoş bir sürpriz olub. 

Daha ətraflı videodan izləyə bilərsiniz:

Leyla Şah, Rəşad Orucoğlu, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO