“Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Dünən (sentyabrın 1-də - red.) səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib.
MÖVZU İLƏ BAĞLI:
İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı mərasim keçirilib - FOTO
"Bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq”, - dövlət başçısı əlavə edib.
Bizim.Media