Azərbaycan Prezidenti Slovakiya dövlət başçısını təbrik etdi

Azərbaycan Prezidenti Slovakiya dövlət başçısını təbrik etdi

Hazırda oxunan: Azərbaycan Prezidenti Slovakiya dövlət başçısını təbrik etdi

91484

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputovaya təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli xanım Prezident, 

Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. 

İnanıram ki, Azərbaycan-Slovakiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir. 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim rifah və firavanlıq diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO