Baş nazirlərin müavinlərinin 3-cü görüşü Brüsseldə keçiriləcək

Baş nazirlərin müavinlərinin 3-cü görüşü Brüsseldə keçiriləcək

Hazırda oxunan: Baş nazirlərin müavinlərinin 3-cü görüşü Brüsseldə keçiriləcək

91285

Ötən gün Moskvada Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın ikinci iclası keçirilib. 

Bizim.Media “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, rəsmi açıqlamada onların yenidən görüşəcəkləri qeyd edilib.

Nəşrin eksklüziv məlumatına görə, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin üçüncü görüşü Brüsseldə baş tutacaq:

“Hələlik hansı razılaşmaların əldə olunacağı, baş nazirin müavinlərinin nəyi razılaşdıracağı bəlli deyil, lakin görüşün bir ay ərzində gerçəkləşəcəyi məlumdur”.

Xatırladaq ki, İlham Əliyevlə Nikol Paşinyanın görüşü də məhz Brüsseldə keçiriləcək. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel hər iki lideri Belçikaya dəvət edib. Görüşün bu gün günorta saatlarında baş tutacağı deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO