Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.
“Ümumilikdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri ilə təyyarə ilə Füzuliyə uçuruq, sonra isə Şuşaya gedəcəyik. Yol boyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işlərini görəcək, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcək”, - Azərbaycan Prezidentinin köməkçisi bildirib.
Bizim.Media
With the resident and non resident diplomatic community in total 160 people we are flying to Fuzuli and then we will enroute to Shusha. Along the road dip corps will see mine clearance operations and massive reconstruction works/will hear presentations of Special Representatives. pic.twitter.com/4RU7e0Jrwd
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 27, 2022