“İlham Əliyev Qorbaçovu məğlub etdi” – Zahid Oruc

“İlham Əliyev Qorbaçovu məğlub etdi” – Zahid Oruc

Hazırda oxunan: “İlham Əliyev Qorbaçovu məğlub etdi” – Zahid Oruc

9056

“Qorbaçov 20 yanvarın həyata keçirilməsində əsas sima idi. 44 günlük müharibədən sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının lideri kimi Qorbaçov üzərində də qələbə çaldı. Bu ona verilən ən böyük cəzadır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında 20 yanvar faciəsindən danışarkən Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc deyib. O, Ali Baş komandan İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə Qorbaçovu məğlub etdiyini də vurğulayıb.

“Ümummilli lider Heydər Əliyev 1987-ci ildən Kremldən uzaqlaşdırıldıqdan sonra həm 20 yanvar, həm də torpaqlarımızın əlimizdən alınması üçün o qəddarlıqlar, o təzyiqlər baş verdi. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtmağı ilə Qarbaçovu məğlub etdi".

"İlham Əliyev isə Azərbaycan xalqının ərazi bütövlüyünü təmin etməklə Qorbaçovun üzərində tam qələbə çaldı. Biz onu Haaqa tribunalına və beynəlxalq məhkəmələrə verə bilmədik, ancaq bu addımla biz onun cəzasını verdik”.

Vüsalə Balayeva, Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO