TBMM sədri: “Bu səfər  Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəridir”

TBMM sədri: “Bu səfər  Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəridir”

Hazırda oxunan: TBMM sədri: “Bu səfər  Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəridir”

Özət:
  • Mustafa Şəntop Gəncəyə getməyi planlaşdırır.
  • TBMM İnsan haqları komitəsində  Ermənistanın təcavüzü araşdırılır.
905

Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pisləyib və təcavüzə məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırdığını vurğulayıb.

Spiker deyib ki, TBMM  İnsan haqları komitəsinin altkomitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması halları  araşdırılır və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işlətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacaq.

Baş Nazir Əli Əsədov isə  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini diqqətə çatdırıb. Qeyd olub ki, Azərbaycan üçün çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında olub.  Baş nazir göstərilən dətəyə görə minnətdarlığını bildirib. 

Görüşdə Türkiyə və Azərbaycan arasında ticari əməkdaşlığa da toxunulub, birgə həyata keçirilən enerji layihələrinə diqqət çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO