Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Dominikan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Elvis Antonio Alam Loranın etimadnaməsini qəbul edib. Elvis Antonio Alam Loran etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı ikitərəfli əlaqələrə toxunaraq, İkinci Qarabağ müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı siyasi hücumlar fonunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Dominikan Respublikasının ölkəmizə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək hüququnun BMT Təhlükəsizlik Şurasının bəzi üzv dövlətləri tərəfindən pozmaq cəhdinin qarşısı Dominikan Respublikası və Təhlükəsizlik Şurasına üzv olan bir sıra dövlətlərin qəti mövqeyi sayəsində alınıb.
Dövlətimizin başçısı, eyni zamanda, Dominikanın Qoşulmama Hərəkatında da Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini dəstəkləyən bir ölkə olduğunu məmnunluqla vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına, COVID-19-la, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Gənclər təşkilatının yaradılması ilə bağlı təşəbbüslərinin Dominikan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyib, eyni zamanda, ticari və iqtisadi sahələrdə əməkdaşlığın genişlənməsi yollarının da müəyyənləşdirilməsinin zərurliyini bildirib.
Səfir ilk növbədə Dominikan Respublikasının Prezidenti Luis Abinaderin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığıni bildirib, onun da salamlarını Dominikan Prezidentinə çatdırmağı xahiş edib.
Səfir qeyd edib ki, Azərbaycan kimi çox gözəl ölkəyə səfərindən və Dominikanın Azərbaycana ilk səfiri təyin olunmasından məmnunluq duyur. Elvis Antonio Alam Loran ölkəmizlə ticarət, turizm sahələrində və digər sahələrdə dinamik əlaqələrin qurulacağına ümidvar olduğunu vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:48 / 25.08.2022
Prezident: “Dominikanla əlaqələrimiz çox yaxşı səviyyədədir”
Hazırda oxunan: Prezident: “Dominikanla əlaqələrimiz çox yaxşı səviyyədədir”
Hazırda oxunan: Prezident: “Dominikanla əlaqələrimiz çox yaxşı səviyyədədir”
90423
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.