İlham Əliyev: “Qarabağ azad ediləndə Bosniya və Herseqovina Azərbaycanın yanında olub”

İlham Əliyev: “Qarabağ azad ediləndə Bosniya və Herseqovina Azərbaycanın yanında olub”

Hazırda oxunan: İlham Əliyev: “Qarabağ azad ediləndə Bosniya və Herseqovina Azərbaycanın yanında olub”

90420

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib. Adis Alagiç etimadnaməsini dövlət başçısına təqdim edib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev səfirlə söhbət edib.

İkitərəfli əlaqələrə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri, o cümlədən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşlərini məmnunluqla xatırladıb və ona salamlarını çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını deyib.

Dövlətimizin başçısı Ermənistanın işğalı zamanı və Qarabağın azad edildiyi dövrdə Bosniya və Herseqovinanın Azərbaycanın yanında olmasını yüksək qiymətləndirib və bunu ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da göstərilən qarşılıqlı dəstəyin önəmini qeyd edib.

Səfir ilk növbədə Bosniya və Herseqovina rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Bosniya və Herseqovina rəhbərliyinə çatdırmağı xahiş edib.

Azərbaycana səfir təyin olunmasından qürur duyduğunu qeyd edən Adis Alagiç fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcini deyib.
Səfir vurğulayıb ki, ölkəsi Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. O, ötən il Ağdama, yaxın günlərdə isə Şuşaya planlaşdırılan səfərindən məmnunluq hissi duyduğunu bildirib. Adis Alagiç ölkələrimiz arasında çox güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini deyib. Diplomat ölkəsinin ikitərəfli və çoxtərəfli səviyyədə əlaqələrimizi daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO