Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının ikinci görüşü avqustun 30-da keçirilə bilər.
Bizim.Media "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycan baş nazirinin müavini, dövlət komissiyasının sədri Şahin Mustafayev Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla bir araya gələcək.
Xatırladaq ki, komissiyaların birinci görüşü bu il mayın 24-də Ermənistanın Vedi rayonunun Arazdəyən kəndində (Yerasx) keçirilib.
Tərəflər delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər. Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:55 / 25.08.2022
Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti DELİMİTASİYA MÜZAKİRƏSİ
Hazırda oxunan: Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti DELİMİTASİYA MÜZAKİRƏSİ
Hazırda oxunan: Azərbaycan-Ermənistan rəsmiləri arasında növbəti DELİMİTASİYA MÜZAKİRƏSİ
90373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.