Mövlud Çavuşoğlu: “Ermənistan tərəfi narahat olmağa başlayır” - VİDEO 

Mövlud Çavuşoğlu: “Ermənistan tərəfi narahat olmağa başlayır” - VİDEO 

Hazırda oxunan: Mövlud Çavuşoğlu: “Ermənistan tərəfi narahat olmağa başlayır” - VİDEO 

90001

“Azərbaycanın 44 günlük müharibədəki hərbi zəfərindən sonra biz Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinin tərəfdarıyıq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib.

Türkiyənin XİN başçısı vurğulayıb ki, Cənubi Qafqazda sabitlik yalnız Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən sonra mümkün ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiya-Ukrayna müharibəsinin davam etməsini istəyən NATO üzvləri var” – ÇAVUŞOĞLU 


“Azərbaycan artıq bu istiqamətdə təkliflə çıxış edib. Azərbaycan və Ermənistan XİN başçılarının Brüssel görüşü zamanı sözügedən istiqamətdə fəaliyyətin qurulmasına dair danışıqlar aparıldı. İki ölkə arasında sərhəd komissiyaları yaradıldı”.

Mövlud Çavuşoğlu Ermənistanın öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini xatırladıb:

“Bilirsiniz, Zəngəzur dəhlizi məsələsi var. Bunları səsləndirdikdə Ermənistan tərəfi narahat olmağa başlayır. Bütün bu məsələlər sənin özünün imza atdığın üçtərəfli bəyanatda öz əksini tapıb. Sən bölgədə, həqiqətən, sülh və əməkdaşlıq istəyirsənmi? Üstəlik, anlaşmaya görə, Rusiya sülhməramlı kontingentinin bölgəyə daxil olması ilə bərabər, Ermənistan hərbçiləri oranı tərk etməli idilər. Amma iki il keçib və hələ də orada erməni əsgərlər var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO