Laçın bu gün ermənilərdən tamamilə təmizləndi –

Laçın bu gün ermənilərdən tamamilə təmizləndi – "İzləri" isə həmişəlik qalacaq - FOTO

Hazırda oxunan: Laçın bu gün ermənilərdən tamamilə təmizləndi – "İzləri" isə həmişəlik qalacaq - FOTO

89825

Laçına böyük qayıdışımıza sayılı günlər qalır. Nəhayət 30 illik həsrət bitir. Avqustun 25-dən etibarən Laçında bütün ərazilərə nəzarəti Azərabycan əsgəri öz üzərinə götürəcək.

Laçında itirdiklərimiz

Qeyd edək ki, Laçında 1992-ci ilə qədər bir şəhər, bir qəsəbə, 125 kənd vardı.

Bundan başqa rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, camaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud idi.

Lakin, bu qədər iqtisadi potensialdan və infrastrukturdan bu günümüzə heç nə qalmayıb. Son 30 ildə ermənilər Laçındakı bütün infrastrukturu məhv edib.

Tarixi və mədəni abidələrin hamısını dağıdıb. Bu azmış kimi təbii sərvətlər də məhv edilib. Kiçik Qafqazın ətəklərindəki meşələrdəki qiymətli və nadir ağaclar kəsilib mebel sənayesində istifadə üçün Ermənistana daşınıb.

Bir sözlə, son 30 ildə işğalçı ermənilər təkcə Laçın rayonunda 7.1 milyard dollar dəyərində maddi ziyan vurub. Mənəvi ziyansa daha böyük rəqəmlərlə ifadə olunur. Ən əsası Laçın uğrunda 264 şəhid vermişik.

Azərbaycan dövləti və xalqı hansı dəyərlərə söykənir?

Amma 30 ildən sonra bu qədər itkilərdən sonra Laçın aryonu bizə yandırılmış, dağıdılmış və xarabazarlığa çevrilmiş ərazi kimi qaytarılır. Ən əsası Azərbaycan höküməti böyük humanistlik nümayiş etdirərək ermənilərin zəbt etdikləri ərazilərdən çıxmaları üçün zaman tanıdı. Məhz bu humanizm hesabına bir dənə də olsun erməninin burnu qanamadı.

MÖVZU İLƏ BAĞLI:

Laçının Sus kəndindən 12 erməni ailəsi köçdü – Yalnız 1 nəfər qalıb


Lakin, həm “Dəmir yumruq”, həm də “Qisas” əməliyyatından sonra Laçını tərk etməyə məcbur olan ermənilər yenə öz xislətlərindən əl çəkmədilər. İllərlə yaşadıqları mənzilləri belə ermənilər alova bürüdülər.

Zabux və Sus kəndlərinin boşaldılması zamanı bütün xəbərdarlıqlara rəğmən erməni vandalları yenə də çıxarkən inzibati binaları, yaşıllıq zolaqlarını və hətta meşələri yandırdılar. Təsadüfi deyil ki, bu iki kəndin və meşələrin yandırılması faktları Baş Prokurorluq tərəfindən hazırda araşdırılır.

Zabux və Sus kəndlərində törədilənlər ermənilərini xislətinin təcəssümüdür.

Bütün hallarda ermənilərin hərəkətləri vandalizm nümunəsidir, insanlıq adına bir ləkədir. 1992-ci ildə azərbaycanlılar bu əraziləri tərk edən də bir dənə də olsun yanğın hadisəsi törətmədilər. Bir dənə də olsun infrastrukturu dağıtmadılar.

Çünki, bəşəri dəyərlərə hər zaman bizdə sayğı olub. Tarix boyu heç bir xalqın yaratdığı dəyərlər azərbaycanlılar tərəfindən məhv edilməyib, yandırılmayıb, milliləşdirilməyib. Amma ermənilər tərəfindən hər zaman azərbaycanlıların maddi və mənəvi sərvətləri dağıdılıb, məhv edilib və özkəninkiləşdirilib. Və çox təssüf ki, bu vandalizm siyasəti indi də davam etdirilir.

Zabuxda və yaxud Susda hansısa evin yandırılması Azərbaycan xalqının son 30 ildə itirdikləri fonunda bir heçdir. Ancaq, ümumilikdə götürəndə bu ermənilərin xalqımıza qarşı kin və nifrətinin bir göstəricisidir.
Çox təəssüf ki, sivilizasiya, böyük dövlətlər və Beynəlxalq institutlar bunu görmür və yaxud görməməzlikdən gəlirlər. 44 günlük qələbədən sonra ermənilərin beynəlxalq aləmdəki havadarları barbar bağırırdılar ki, azərbaycanlılar ermənilərin maddi-mənəvi sərvətlərinə ziyan vururlar.

Lakin, həmin “haqq, ədalət çarçıları” bu gün ermənilərin törətdiyi meşə yanğınları barədə inadkarcasına susurlar. Bu isə dünyadakı ədalətsizliyin, böyük dövlətlərin məsələlərə ikili yanaşmasının sübutudur, təsdiqidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO