İlham Əliyev Türkiyə HAQDA: “Təkcə prezidentlər deyil, xalqlarımız da qardaşdırlar”

İlham Əliyev Türkiyə HAQDA: “Təkcə prezidentlər deyil, xalqlarımız da qardaşdırlar”

Hazırda oxunan: İlham Əliyev Türkiyə HAQDA: “Təkcə prezidentlər deyil, xalqlarımız da qardaşdırlar”

89805

“Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə idmançılarını İslamiadada 1-ci yer tutması münasibətilə təbrik edirəm” – İlham Əliyev


“Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb.

Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada - stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır”, deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO