“Artıq ABŞ tərəfindən bəyan edilib ki, hazırda Azərbaycan ərazisi terror təhdidinin ola biləcəyi ərazidir. Biz bilirik ki, Ermənistan tərəfi əvvəllər də terror təşkilatları və qrupları ilə əlaqədə olub. Azərbaycan mülki şəxsləri və xarici diplomatik korpusun nümayəndələrini terror təhdidindən qorumaq üçün bütün lazımi addımları atır”.
Bizim.Media xəbər verir ki, bunu diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. “Biz artıq Azərbaycan səfirlikləri olan ölkələrə müraciət etmişik ki, Azərbaycanda yerləşən diplomatik missiyaların təhlükəsizlik səviyyəsi qaldırılsın, təhlükəsizliyə xüsusi diqqət ayrılsın”.