“Azərbaycan Prezidenti artıq bir neçə dəfə bəyan edib ki, bizim Ermənistanın mülki əhalisi ilə, dinc əhalisi ilə heç bir problemimiz yoxdur. Azərbaycanın Dağlıq Qarabağ ictimaiyyəti, azərbaycanlı əhalisi erməni əsilli əhali ilə birgə yaşamağa hazırdır”.
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
H. Hacıyev bildirib ki, biz hər zaman sülh yolu ilə addımlar atmağa hazır olmuşuq, lakin Ermənistan Azərbaycan icmasının mövcudluğunu belə inkar edib:
"Biz bir daha Ermənistan tərəfini çağırırıq ki, erməni və Azərbaycan icmalarının dialoqu istiqamətində addım atsınlar”.