İranlı ekspert ölkəsinin Bakıdakı səfirlərini səriştəsiz adlandırdı  

İranlı ekspert ölkəsinin Bakıdakı səfirlərini səriştəsiz adlandırdı  

Hazırda oxunan: İranlı ekspert ölkəsinin Bakıdakı səfirlərini səriştəsiz adlandırdı  

89347

İranın anti-Azərbaycan çıxışları ilə yadda qalan eksperti Ehsan Movəhhedian dünən öz Tvitter hesabında İranın Azərbaycandakı keçmiş və indiki səfirləri Mohsen Pakayin və Abbas Musəvinin fotolarını dərc edərək, fəaliyyətlərini sual altına alıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Azad İran teleqram kanalında məlumat yayılıb.   

O, sözügedən diplomatları verdiklərə vədlərə rəğmən, son 10 ildə İranın Azərbaycanla iqtisadi-ticarət əlaqələrini yüksəldə bilməməkdə günahlandırıb. 

O, həmçinin əksinə, ötən 1 il ərzində İsrailin Azərbaycanla ticarət həcmini ikiqat artıraraq bu ölkəyə üçüncü ən böyük ixracatçıya çevrildiyini yazıb.  

“İranın Bakıdakı səfirləri 2012 və 2021-ci illərdə müsahibələr verib. Onlar İranın Bakı ilə ticarət həcmini 400 milyon dollardan 1 milyard dollara çatdırmaq üçün səy göstərdiklərini bildiriblər. Bu 10 illik uğursuzluğa qarşı, İsrail son 1 ildə Bakı ilə xarici ticarət həcmini iki dəfə artırıb və hazırda Bakıya üçüncü ən böyük ixracatçı sayılır”, - deyə ekspert bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO