İlham Əliyev Monqolustana səfərə dəvət olundu

İlham Əliyev Monqolustana səfərə dəvət olundu

Hazırda oxunan: İlham Əliyev Monqolustana səfərə dəvət olundu

89239

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustana səfərə dəvət olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Monqolustanın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosuren avqustun 18-də Prezident İlham Əliyevə etimadnaməsini təqdim edən zaman bildirib.

Q.Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini deyib.

Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb.

Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO