İlham Əliyev bu ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul etdi - YENİLƏNİB/FOTO

İlham Əliyev bu ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul etdi - YENİLƏNİB/FOTO

Hazırda oxunan: İlham Əliyev bu ölkələrin yeni səfirlərinin etimadnamələrini qəbul etdi - YENİLƏNİB/FOTO

89191

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayarın etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir Qombosuren Munxbayar etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib. Səfir Monqolustan Prezidenti Xürelsüx Uxnaaqiynin salamlarını Prezident İlham Əliyevə çatdırıb. 

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Monqolustan Prezidentinə çatdırmağı xahiş edib. Azərbaycan Prezidenti ikitərəfli münasibətlərə toxunaraq, siyasi sahədə qarşılıqlı fəaliyyətin yaxşı səviyyəsindən məmnunluğunu bildirib, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyini deyib, ikitərəfli formatda tam qarşılıqlı anlaşmanın mövcud olduğunu vurğulayıb.

Bu baxımdan Prezident İlham Əliyev iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd edib və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü bildirib.

Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanları nəzərə alınaraq nəqliyyat sahəsində, bundan başqa humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğulayıb. 

Prezident İlham Əliyev səfirin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib. Qombosuren Munxbayar son illərdə, xüsusilə 2018-ci ildə Monqolustan Prezidentinin Azərbaycana səfərindən sonra ikitərəfli əlaqələrin fəal şəkildə inkişaf etdirildiyini deyib.

Səfir bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyinin qeyd olunduğunu vurğulayaraq, Monqolustan Prezidentinin Azərbaycan Prezidentinə onun üçün münasib vaxtda ölkəsinə səfərə dəvətini çatdırıb. Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib. 
Görüşdə təhsil, turizm, investisiya sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. 

*** 11.19

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmudun etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, səfir Adem Muhammed Mahmud etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət edib. 

Münasibətlərimizin yaxşı tarixə malik olduğunu bildirən dövlətimizin başçısı hazırda ikitərəfli səviyyədə müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd etdi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün də mövcud imkanlardan istifadə edilməsinin önəmini vurğulayıb. 

Səfir Adem Muhammed Mahmud Efiopiya Prezidenti xanım Sahle-Vork Zevdenin və Baş nazir Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırıb. 

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Efiopiya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib. 

Səfir qeyd edib ki, gözəl ölkə olan Azərbaycanda etimadnaməsini təqdim etməkdən böyük şərəf hissi duyur. Adem Muhammed Mahmud da öz növbəsində əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən investisiya və ticarət sahələrində genişləndirilməsi üçün ölkələrimizin malik olduğu potensialdan istifadə edilməsinin zəruriliyini vurğulayıb.

Səfir Azərbaycanın böyük təcrübəyə və potensiala malik olduğunu deyərək münasibətlərimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. 

Görüşdə dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycanın COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatına üzv, xüsusən də Afrikadan olan ölkələrə humanitar və maliyyə yardımları göstərməsi xüsusi olaraq vurğulanıb.









***

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib. 
 
Bizim.Media
xəbər verir ki, səfir Zoe Daun Kolson-Sinkler etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlətimizin başçısı səfirlə söhbət edib. 

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması üçün mövcud imkanlardan istifadə etməyin zəruriliyini vurğuladı, əlaqələrin genişlənməsinin qarşılıqlı maraqlarımıza cavab verdiyini deyib.

Azərbaycanla Yeni Zelandiyanın bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, siyasi sahədə yaxşı dialoqun mövcud olduğunu bildirən dövlətimizin başçısı, eyni zamanda, iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayıb.

Prezident İlham Əliyev bu baxımdan ölkələrimizin imkanları barədə məlumatların çatdırılmasının, biznes dairələri arasında təmasların qurulmasının zəruri olduğunu bildirib. 

Xanım Zoe Daun Kolson-Sinkler ilk dəfə Bakıya səfər etdiyini bildirərək dedi ki, çox gözəl ölkə olan Azərbaycana gəlişindən məmnunluq hissi duyur. Səfir də öz növbəsində əlaqələrin genişləndirilməsi üçün mövcud potensialın reallaşdırılmasının vacibliyini bildirib.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulumasının 30 illiyinin qeyd olunduğunu vurğulayan səfir beynəlxalq müstəvidə Azərbaycanın və Yeni Zelandiyanın əlaqələrin genişləndirilməsi işinə böyük önəm nümayiş etdirdiyini deyib.

***

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinklerin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








***

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adum Danqay Nokur Qetin etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








***

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.








***

Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monqolustanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Munxbayar Qombosurenin etimadnaməsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO