“Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır”.
Bizim.Media-nın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib. Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.
Azərbaycanın erməni əhaliyə humanitar dəhlizlə bağlı müraciətini xatırladan general-mayor Ermənistanın dinc əhalidən sipər kimi istifadə etdiyini vurğulayıb.